Rəsmi Bakı Avropa İttifaqına xəbərdarlıq edib

    SİYASƏT

    14 Noyabr 2023 | 11:33

    Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavabında deyilir.

    “Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir.

    Bir daha xatırladırıq ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaqdır”, - qeyd olunub.



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023