Rəşad Mahmudov: “COVID 19-la bağlı lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir”

    ÖLKƏ

    20 Noyabr 2021 | 10:51

    “COVID 19-la bağlı antibiotiklərin, steroidlərin, antiviralların, yüzlərlə lazımsız dərmanların istifadəsi də ölümlə nəticələnir".

    Pressa-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə keçirilən “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov bildirib.
    R. Mahmudov deyib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır: “Bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirləri nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik".



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024