Rəşad Hüseyn: Yeni qaydanın qəbulu kiçik sahibkarlığa dəstək üçün vacib addım olar

    İQTİSADİYYAT

    21 Sentyabr 2022 | 05:41

    "Minimum əmək haqqının artması əksər hallarda müsbət hal kimi qarşılansa da, bir çox hallarda mənfi nəticələr verməkdədir. Bu da onunla bağlıdır ki, kiçik sahibkarların fəaliyyətinə tətbiq edilən sosial sığorta ödənişlərinin hesablanması minimum əmək haqqına nəzərən hesablanır".

    Bu fikirləri Pressa-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn deyib.

    Onun sözlərinə görə, sosial sığorta haqqında qanunun 14-cü maddəsinə əsasən fərdi sahibkarlıqla məşğul olan muzdlu işə aid olmayan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərə sosial sığorta haqlarının hesablanması aşağıdakı kimidir:

    Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

    Bakı şəhərində 100 faizi;

    Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

    digər şəhərlərdə 80 faizi;

    rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

    kənd yerlərində 50 faizi miqdarında.

    2022-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 300 manata qaldırılıb. Qaydalara görə, məsələn kiçik sahibkar aylıq 200 manat gəlir əldə edirsə və fəaliyyəti digər sahələr növünə aiddirsə, əldə etdiyi 200 manatın 75 (300*25%) manatını məcbur dövlət sosial sığorta (MDSS) üçün ödəmək məcburiyyətində qalacaq. Müqayisə üçün əgər sahibkar ay ərzində 200 AZN deyil, 1000 AZN gəlir əldə edərsə, yenə də ödənilmiş məbləğ sabit qalacaq – 75 AZN (şərti olaraq Bakı şəhərində). Bu kimi fərqlərin aradan qaldırılması üçün daha yaxşı olar ki, DSMF üzrə ödənişlərini də əldə edilmiş gəlirə olan nisbətə uyğunlaşdırılsın. Bu halda həm də qanunauyğunluq olar. Çox qazanan çox ödəsin, əksinə az qazanan daha az ödəsin. 

    Ekspert bildirib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı ödəmələrin DSMF gəlirlərində hansı çəkiyə malik olması haqqında məlumat verilməsə də, düşünürəm ki, bu elə də əhəmiyyətli rəqəm deyil. Bu qaydanın qəbulu kiçik sahibkarlığa dəstək üçün vacib addım olar.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024