Rəqəmsal manat konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb edilib

    İQTİSADİYYAT

    29 Sentyabr 2022 | 17:15

    Rəqəmsal manat konsepsiyasının hazırlanmasına beynəlxalq təşkilatlar cəlb edilib.

    Bunu Pressa-ya  Azərbaycan Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə, artıq konsepsiyanın hazırlanması istiqamətində işlər aparılır.
    “Ümumiyyətlə mərkəzi bankların rəqəmsal valyutaları konseptual olaraq texnoloji layihə deyil. Bu daha çox monetar siyasət, pulun transmissiyası, ümumiyyətlə ölkənin iqtisadiyyatını qiymətləndirəndən sonra reallaşdırılır. Bildiyimiz kimi, bəzi mərkəzi banklar artıq bunun konsepsiyasını hazırlayıb, bəziləri testlər aparır. Azərbaycan Mərkəzi Bankı da konsepsiyanın hazırlanması istiqamətində işləri davam etdirir və bununla əlaqədar beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq edir”, - deyə Fərid Osmanov qeyd edib.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024