“Real” yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, imzalanma mərasimi yaxın günlərdə təşkil olunacaq.
Xorvatiyalı ulduz futbolçu mövsümün sonuna qədər olan anlaşmasını daha bir il uzadacaq. Artıq sənəd işləri tam hazırdır və yalnız qol çəkmək qalıb.
Qeyd edək ki, 37 yaşlı Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.