"Real Madrid"in futbolçusu La Liqanın tarixinə düşüb

    İDMAN

    13 Sentyabr 2021 | 09:32

    İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema La Liqanın tarixinə düşüb.

    Pressa-nın məlumatına görə, 34 yaşlı hücumçu buna IV turda "Selta Viqo" ilə oyunda het-trik etməklə nail olub.

    Beləliklə, Benzema çempionatda 197 dəfə fərqlənib. O, 195 qol vurmuş "Valensiya"nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub və ən çox qol vuran futbolçular siyasında 10-cu pilləyə yüksəlib.

    Qeyd edək ki, "Real Madrid" "Selta Viqo"ya 5:2 hesabı ilə qalib gəlib. Hazırda La Liqanın bombardiri 474 qolla Fransa PSJ-sində çıxış edən "Barselona"nın sabiq forvardı Lionel Messidir.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024