Qurban Qurbanov Şenol Güneşlə görüşdü

    ÖLKƏ

    14 Iyun 2021 | 10:50

    “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmalar üçün paytaxtımıza gələn Türkiyə millisini hoteldə ziyarət edib.

    Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

    Görüş zamanı Qurban Qurbanov Türkiyə millisinə uğurlar arzu edib və Azərbaycan xalqının dəstəyini ifadə edib. Türkiyə millisinin baş məşqçisi Şenol Güneş isə azərbaycanlı həmkarına imzalı forma hədiyyə edib.  



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024