Qlobal turizm xərcləri 2 trilyon dollara çatacaq

    İQTİSADİYYAT

    01 Aprel 2024 | 17:52

    Cari ildə dünyada qlobal turizm xərcləri 2 trilyon dollara çatacaq.

    Pressa-nın xarici mediaya istinadən xəbərinə görə, cari ildə turizm xərcləri ilə yanaşı digər rəqəmlərin də artacağı proqnozlaşdırılır. Belə ki, bu il səyahətlərlə bağlı rəqəmlərin 2024-cü ildə pandemiyadan əvvəlki səviyyəyə keçəcəyi və 2019-cu ildən 3% daha yüksək olacağı proqnozlaşdırılır.

      Belə ki, 2019-cu ildə dünyada turist səyahətlərinin sayı 1.50 milyard idisə, cari ildə bu rəqəmin 1.53 milyarda çatacağı proqnoz edilir. Bu isə daha öncəki illə müqayisədə turist səyahətlərinin sayında 17.24 faiz artım deməkdir. Bununla da dünyada turizmdən gələn gəlirlər daha öncəki illə müqayisədə 9.4 milyard ABŞ dolları dəyərində artacağı proqnozlaşdırılır.

      Proqnozlara görə, səyahət və turizm bazarı 2024-cü ildə 927,30 milyard dollara çatacaq.

      Qeyd edək ki, 2024-cü ildə dünyada turizmin ÜDM-ə töhfəsinin 10,6% olacağı proqnoz edilir.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024