“Qızıl top”un qalibi bu gün bəlli olacaq

    İDMAN

    29 Noyabr 2021 | 17:49

    Bu gün 2021-ci il üçün dünyanın ən yaxşı futbolçusu - “Qızıl top”un qalibi açıqlanacaq. Mükafatlandırma mərasimi Parisin “Şatele” Teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

    “France Football” nəşri tərəfindən təqdim olunan “Qızıl top” mükafatı 1956-cı ildən bəri hər il verilir. Təkcə 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.

    “Şatele”də keçiriləcək mərasimdə daha üç mükafatın qalibi elan olunacaq:  Dünyanın ən yaxşı futbolçusu (ona da “Qızıl Top” veriləcək), “Kopa Trofi”nin (21 yaşa qədər dünyanın ən yaxşı futbolçusu) və Lev Yaşin adına mükafat (dünyanın ən yaxşı qapıçısı üçün) qaliblərə təqdim olunacaq. 



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024