“Qırmızı Kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

    ÖLKƏ

    02 Dekabr 2021 | 11:00

    “Qırmızı Kitab”a düşmüş ağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər. Aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən edilib. Həmin şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Faktla bağlı araşdırma aparılır.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024