Qəzzadan təxliyə edilən 120 nəfər Moskvaya gətirilib

    DÜNYA

    17 Noyabr 2023 | 11:08

    Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi bir gün əvvəl Qəzza zolağından təxliyə edilmiş Rusiya vətəndaşlarının üçüncü qrupunu Moskvaya çatdırıb.

    Pressa xəbər verir ki, bu barədə TASS-a nazirliyin mətbuat xidmətinin rəhbəri Roman Oxotenko məlumat verib.

    “Həqiqətən, Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi paytaxtın Domodedovo hava limanına enib, Qəzza zolağından təxliyə edilmiş 120 Rusiya vətəndaşını Moskvaya çatdırıb. Uçuş zamanı onları Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları müşayiət edib. Rusların vətənlərinə çatdırılması işi davam edir”,- deyə Roman Oxotenko bildirib.

    Bildirilir ki, Rusiya vətəndaşlarının Qəzza zolağından təxliyəsini Rusiya Fövqəladə Hallar Nazirliyi diplomatlarla birgə təşkil edir. Məlumata görə, ümumilikdə 1000-dən çox Rusiya vətəndaşı təxliyə siyahılarına yazılıb.

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023