Qəzzada növbəti müvəqqəti atəşkəs elan olunub

    DÜNYA

    16 Noyabr 2023 | 14:21

    Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub.

    Pressa xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) sözçüsü Avihay Edri bildirib.

    Onun sözlərinə görə, Bakı vaxtı ilə 12:00-dan 16:00-a kimi İsrail ordusunun Qəzza şəhərində döyüş əməliyyatlarının növbəti dəfə dayandırılması elan edilib.

    İDF rəsmisi onu da əlavə edib ki, Tel əl-Hava, Əl-Səbra, Əl-Zeytun əl-Qarbi və Cəbəliyə (həmçinin Qəzza şəhərinin bir hissəsi) bölgələrindəki sakinlərin təxliyəsi üçün humanitar dəhliz yenidən Bakı vaxtı ilə saat 18:00-a qədər fəaliyyət göstərəcək.

    Təxliyə marşrutu Səlahəddin yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023