Qəzetlərdə aşkarlanan dil qüsurları açıqlanıb

    ÖLKƏ

    25 Noyabr 2022 | 11:29

    Ölkə ərazisində nəşr olunan 7 qəzetdə aparılmış dil monitorinqinin nəticələri açıqlanıb.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva məlumat verib.O bildirib ki, monitorinq zamanı aşkarlanan 2500 dil faktından 1769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib.

    "Monitorinq 1 aylıq dövrü əhatə edib. Monitorinqlər "Azərbaycan müəllimi", "Yeni Azərbaycan", "Mədəniyyət", "Səs", "Şərq", "Tibb", "Elm" qəzetlərində aparılıb. Aşkar edilmiş nöqsanlar daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunub" - deyə o qeyd edib.



    XƏBƏR LENTİ

    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024
    04 Aprel 2024