Qətərdə dünya çempionatı üçün gerisayım saatı istifadəyə verilib

    İDMAN

    22 Noyabr 2021 | 14:08

    Qətərin paytaxtı Dohada 2022-ci il dünya çempionatı üçün xüsusi saat istifadəyə verilib.

    Report FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, burada yarışın başlanmasına qədər gerisayım göstəriləcək.

    Ali futbol qurumunun prezidenti Canni İnfantino Qətərdəki təşkilatçılığı yüksək qiymətləndirib: "Onillliklər ərzində idman tədbirlərinin təşkili ilə məşğul olmuşam. Lakin burada olanlara bənzər bir şey görməmişəm. Hər şey hazırdır. Qətərin fantastik stadionları var. Azarkeşlər burada unudulmaz təcrübə yaşayacaqlar".

    Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024