Qəbələdə yanğına məruz qalmış ərazidə 1000-dən çox ting əkiləcək

    ÖLKƏ

    21 Sentyabr 2022 | 09:30

    Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə payız əkin mövsümündə 1000-dən çox göyrüş, ağcaqayın tingləri əkiləcək, 300 kq toxum səpiləcək.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, hazırda milli parkın ərazisində yanğına məruz qalmış ağaclar götürülərək ərazidən daşınır, təmizlənmiş ərazilər isə əkinə hazır vəziyyətə gətirilir.Xidmət rəsmisinin sözlərinə görə, payız əkin mövsümünə start verilənə qədər əməkdaşlarımız tərəfindən yanğına məruz qalmış ərazilər əkinə hazır vəziyyətə gətiriləcək.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024