Qazaxıstandan həyəcan təbili: Koronavirus uşaqlar arasında sürətlə yayılır

    DÜNYA

    16 Iyul 2021 | 15:43

    Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma halları artmaqdadır.

    “Sputnik Qazaxıstan” bu barədə tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanovanın açıqlamasına istinadla xəbər yayıb.

    “Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 min uşaq yoluxma ilə qeydiyyata alındı”, - deyə o bildirib.

    Eyni zamanda, Abdraxmanova qeyd edib ki, 2021-ci ilin əvvəlindən 31 572 uşaqda COVID-19 aşkarlanıb.

    “Məhz son bir ayda çox sayda uşaq xəstələnməyə başladı”, - deyə o, uşaqların təxminən 50 %-nin xəstəliyi simptomsuz keçirdiyini vurğulayıb.

    Həkimin sözlərinə görə, kəskin infeksiya baş verməsinin əsas səbəbi uşaqların maskasız qalması və bir-biriləri ilə sıx təmasda olması ilə əlaqədardır. Bundan əlavə, yeni ştammlar immunitet sistemini “aldatmaq” qabiliyyətinə malikdir. Belə ki, immun hüceyrələr infeksiyanı vaxtında aşkar edə bilmir və bu səbəbdən onun mübarizə aparmaq qabiliyyətini itirir.

    Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan bəri ölkədə 477 754 nəfərə koronavirus diaqnozu qoyulub. Son 24 saat ərzində ölkədə 5 648 yoluxma hadisəsi qeydə alınıb.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024