Qaz istismarı qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir

    ÖLKƏ

    24 Yanvar 2022 | 12:15

    Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

    Pressa-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quriciluğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

    Dəyişiklik qəbul ediləcəyi təqdirdə 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024