Qarışıq səpinlərinin məhsuldarlığa və keyfiyyətə təsirinin öyrənilməsi 

    SON XƏBƏRLƏR, ÖLKƏ

    02 Aprel 2024 | 15:57

    Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki və torpaq analizləri” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d  Zahid Mustafayev  bitkilərin müxtəlif nisbətdə qarışıq səpinlərinin məhsuldarlığa və keyfiyyətə təsirinin öyrənilməsi məqsədilə Kürdəmir Təcrüba Sınaq Stansiyasına ezam olunub. Amarant və sorqo bitkilərinin əkin sahələrindən səpin qabağı aqrokimyəvi analizlər üçün torpaq nümunələri götürülub. 

    Kürdəmir  TSS-nın rəhbərliyinin və əməkdaşların iştirakı ilə yem bitkilərinin əkini haqqında müzakirələr aparılıb.

    Amarant və sorqo bitkilərinin əkini aparılacaq sahədə səpin qabağı aqrokimyəvi analizlər üçün diaqonal üzrə 3 yerdən və 0-30 sm, 30-60 sm, 60-90 sm dərinliklərdən torpaq nümunələri  götürülüb, həmçinin planlaşdırılan işlər həyata keçirilib. 
    Analiz nəticələrinə uyğun olaraq müəyyən edilmiş gübrə normalarının sahəyə verilməsi və əkinin aparılması nəzərə alınıb.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024