“Qarabağ”ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

    İDMAN

    01 Dekabr 2023 | 16:17

    “Molde”yə qarşı matçda inamlı oyunu ilə diqqət çəkən “Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçılar sırasına düşüb.

    Pressa xəbər verir ki, rusiyalı çərçivə qoruyucusu 5 oyunda 19 seyvlə yadda qalıb. 

    Bu göstəricidə o, Moldovanın “Şerif” klubunun qapıçısı Maksim Kovalla 4-5-ci yerlərdə qərarlaşıb. 

    Siyahıya Polşanın “Rakuv” klubunun qapıçısı Vladan Kovaçeviç başçılıq edir. O, 25 dəfə rəqiblərin zərbələrini dəf edib. Kiprin “Aris” klubunun çərçivə qoruyucusu Vana (24) 2-ci, Avstriyanın “Şturm” klubunun qapıçısı Kyell Şerpen (20) 3-cüdür. 



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024