"Qarabağ"ın legioneri: "Rəqibimiz təhlükəlidir"

    İDMAN

    21 Fevral 2024 | 15:06

    "Qarabağ”ın futbolçusu Olavio Juninyo “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində keçirilən mətbuat konfransında Portuqaliya komandasına qarşı şanslarını dəyərləndirib.

    Pressa  xəbər verir ki, braziliyalı hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.

      "Baş məşqçimizin sözlərinə qoşuluram, maraqlı oyun olacaq. Çox ciddi rəqibimiz var. Yaxşı və ciddi hazırlaşmışıq. "Braqa" həm də mövsümə başqa yarışda başlamışdı, indi başqa yarışdadır. İstənilən halda, bu, bir göstəricidir ki, rəqibimiz təhlükəlidir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu da önəmli faktordur. Ümid edirəm ki, maraqlı oyun olacaq".

      - Şanslarınız nə dərəcədə yüksəkdir? Nəyə daha çox diqqət ayrımalısız ki, mərhələni keçən tərəf "Qarabağ" olsun?
      - "Braqa" yaxşı komandadır. Oyunun taleyini xırda detallar həll edə bilər. Sadəcə, buna diqqət yetirməliyik. Eyni zamanda doğma azarkeşlər qarşısında oynamağımız üstünlükdür.

      - "Braqa"nın Bakıda hansı formada oynayacağını gözləyirsən? Səncə, "Qarabağ" səfər matçında "Braqa"nı təəccübləndirməyi bacardı?
      - Məncə, "Qarabağ" "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuz bilirdilər, bizi tanıyırdılar və bu cür oyun gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik.

      - Keçən ilki Juninyo və bu gün başqa komandada oynayan Juninyo. Özü də, fərqli yarışda çıxış edirsən. Ötən həftə "Qarabağ" Portuqaliyada qələbə qazandı. Mərhələ keçsəniz, bu, həqiqətən sizin üçün tarixi nəticə olacaq?
      - Düzdür, həqiqətən fərqindəyəm. "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir və təcrübəsi var. Mən də gəldim, tez bir zamanda komandaya uyğunlaşdım. Burada məşqçi amili də var. Oturuşmuş komandamız var. İnanıram ki, maraqlı matç olacaq və azarkeşlərimizi sevindirəcəyik.

      - Faiz nisbətilə götürsək, hansı komandanın mərhələ keçmək şansı çoxdur?
      - Bura Avropa Liqasıdır, burada hər bir nəticə gözləniləndir. Şansları, imkanları 50/50-yə dəyərləndirirəm. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil.

       



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024