Qarabağın kreativ zona elan edilməsi təklif olunub

    MƏDƏNİYYƏT

    30 Noyabr 2023 | 11:35

    Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, amma, eyni zamanda, biz Şuşanı kreativ yaradıcılıq paytaxtı elan edə bilərik.

    Pressa xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin (COPAT) Aparat rəhbəri Xudayat Həsənli Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində "Mədəniyyət və yaradıcı sənayelər: milli pirioritet kimi" adlı panel sessiya zamanı deyib.

      "Ümumilikdə isə Qarabağı kreativ zona elan etmək üçün çox böyük potensial var. Biz, yəqin ki, forumdan sonra mədəniyyət naziri ilə bu məsələni müzakirə edəcəyik", - o deyib.

      Aparat rəhbəri İsmayıllının Basqal kəndinin də kreativ kənd kimi təqdim olunmasının mümkün olduğunu əlavə edib: "Siz bilirsiniz ki, orada dulusçuluq çox geniş yayılıb və inkişaf edib. Lakin bu inkişafı daha da artırmaq üçün mövcud infrastrukturu genişləndirmək, təkmilləşdirmək və dünya arenasına çıxarmaq olar".



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024