“Qarabağ”ın futbolçusu Kevin Medina 2 aylıq sıradan çıxıb

    İDMAN

    01 Dekabr 2023 | 18:35

    “Qarabağ”ın futbolçusu Kevin Medinanın qayıdışı uzun çəkəcək.

    Pressa-ya verilən məlumata görə, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə görüşündə zədələnən kolumbiyalı komandaya qarşıdakı görüşlərdə kömək edə bilməyəcək.

      Belə ki, onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Zədədən başqa, Medina cəzalı duruma düşdüyü üçün Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”lə görüşdə meydana çıxa bilməyəcək.

      Qeyd edək ki, “Molde” - “Qarabağ” matçı 2:2 hesabı ilə nəticələnib.



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024