"Qarabağ"ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

    İDMAN

    27 Fevral 2024 | 15:28

    Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.

    Pressa xəbər verir ki, “Qarabağ” bu göstəricidə ilk 50 komanda arasında yer alıb.

    Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.

    "Qarabağ"ın 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.

    Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024