Qarabağdakı qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb

    ÖLKƏ

    09 Avqust 2022 | 12:30

    Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb.

    Pressa xəbər verir ki, bu barədə Xankəndindəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.

    Hadisə avqustun 8-də qeydə alınıb. Qanunsuz erməni silahlı dəstəsinin üzvləri - Qurgen Danielyan və Artur Aruşanyan partlayıcı maddələrdən istifadə qaydalarının pozulması və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində xəsarət alıblar.



    XƏBƏR LENTİ

    30 Sentyabr 2022
    29 Sentyabr 2022