"Qarabağ" - "Omoniya" oyununa satılmış biletlərin sayı açıqlanıb

    İDMAN

    23 Noyabr 2021 | 11:58

    UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

    Ağdam təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, hələlik 8 500-dən çox bilet sahibini tapıb.

    Biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

    Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024