"Qarabağ" legionerini yenidən icarəyə verir

    İDMAN

    24 Iyun 2022 | 15:23

    "Qarabağ" futbolçusu Qaspar Panaderonu yenidən icarəyə verəcək.

    Pressa-nın məlumatına görə, "köhlən atlar" ispaniyalı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

    Baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, təlim-məşq toplanışı üçün Avstriyaya aparılmayan 25 yaşlı oyunçu hazırda Bakıda fərdi məşq edir.

    Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında Kiprin AEK (Larnaka) komandasında keçirən Qaspar Panaderonun "Qarabağ"la 2024-cü ilin yayınadək müqaviləsi var. Ağdam təmsilçisinə 2021-ci ilin yayında transfer olunmuş yarımmüdafiəçi bu komanda ilə ötən mövsüm cəmi 4 oyunda meydana çıxıb.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022