“Qarabağ” dünya rekordçularına çatıb

    İDMAN

    05 Dekabr 2022 | 10:32

    Misli Premyer Liqasının XVI turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” səfərdə darmadağına imza atıb.

    Apasport.az saytının məlumatına görə, 4:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqib meydanlarındakı quru seriyasını uzadıb.Ağdamlılar Premyer Liqadakı son 5 səfər görüşündə qol buraxmayıb. “Qəbələ” (1:0), “Şamaxı” (4:0), “Turan Tovuz” (2:0), “Sabah” (0:0) və “Neftçi” (4:0) ilə görüşlərdə “Qarabağ”ın qapısı toxunulmaz qalıb.

    Qurbanovun komandasının qapısına öz meydanında yol tapan sonuncu komanda “Zirə” olub. Sentyabrın 18-dəki matçda 1:7 hesabı ilə uduzan bakılılar Coşqun Diniyevin qolu ilə qonaqları məyus edib. Matçda hesabı açan yarımmüdafiəçi 34-cü dəqiqədə fərqlənib. Sonrakı 506 dəqiqədə isə “Qarabağ”ın qapısı tilsimlənib.

    Bununla da Azərbaycan çempionu dünya rekordunu təkrarlayıb. “Qarabağ” davam edən analoji seriyalar arasında rekordçulardan biridir. Yüksək liqa təmsilçilərindən “Tirana” Albaniyada, “Linfild” Şimali İrlandiyada ardıcıl 5 səfər matçında qol buraxmayıb.

    Qeyd edək ki, “Qarabağ” növbəti səfər görüşünü dekabrın 24-də “Səbail”ə qarşı keçirəcək.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024