Qarabağ Dirçəliş Fonduna “8112” SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

    ÖLKƏ

    15 Sentyabr 2021 | 15:50

    Artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.

    SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.

    SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

    Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.

    Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

    Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb

    saytları və mobil tətbiqləri (“Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank”, “Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.

    Məbləğindən asılı olmayaraq edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir.

    İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024