“Qarabağ” Almeyda ilə müqavilənin müddətini uzadıb

    İDMAN

    30 May 2023 | 14:53

    “Qarabağ” futbolçulardan biri ilə müqavilə müddətini uzadıb.

    Pressa-nın məlumatına görə, Ağdam klubu Riçard Almeydanı heyətində saxlayıb.

      Azərbaycan millisində karyerasını başa vuran Braziliya əsilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Tərəflər 1 illik anlaşıb. 34 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Azərbaycan çempionunun formasını geyinəcək.

      Qeyd edək ki, Riçard 2012-ci ildən fasilələrlə “Qarabağ”da çıxış edir. O, bu müddətdə “Astana”, “Bani Yas” və “Zirə”də də forma geyinib.



      XƏBƏR LENTİ

      25 Sentyabr 2023
      23 Sentyabr 2023
      22 Sentyabr 2023
      21 Sentyabr 2023
      20 Sentyabr 2023
      19 Sentyabr 2023