“Qalatasaray” ABŞ millisinin futbolçusu ilə vidalaşıb

    İDMAN

    24 Yanvar 2022 | 16:37

    “Qalatasaray” daha bir futbolçusu ilə yollarını ayırıb.

    Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, müdafiəçi Deandre Yedlin “cim-bom”la vidalaşıb.Baş məşqçi postundakı dəyişikliyə baxmayaraq, son 4 matçda məğlub olan “sarı-qırmızılılar”da uğursuzluğun səbəbkarlarından biri də 29 yaşlı sağ cinah oyunçusu göstərilib. ABŞ millisinin üzvü İstanbulda istifadə etdiyi avtomobilini artıq ölkəsinə göndərib. Gün ərzində ayrılığın rəsmən açıqlanması gözlənilir.

    “Qalatasaray”da keçirdiyi 36 oyunda 1 qol, 1 assistlə yadda qalan Deandre Yedlinin klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

    Qeyd edək ki, yerli KİV “Qalatasaray”ın yarımmüdafiəçi Qustavo Assunçao ilə vidalaşdığını da iddia edib.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024