Qadın millimizdən tarixi nəticə

    İDMAN

    02 Dekabr 2023 | 09:05

    Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

    Pressa xəbər verir ki, C Liqasında mübarizə aparan Siyasət Əsgərovun komandası səfərdə Kipr yığması ilə qarşılaşıb. Limassol şəhərində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 9-cu dəqiqədə Diana Məmmədova vurub.

    Bununla da xallarının sayını 13-ə çatdıran Azərbaycan yığması tarixində ilk dəfə sona 1 tur qalmış qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

    Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9:0 hesabı ilə məğlub edib.

    Kipr - Azərbaycan - 0:1

    Qol: Diana Məmmədova, 9

    Xallar: Azərbaycan - 13, Monteneqro - 9, Kipr - 7, Farer adaları - 0.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024