Putin: "Xəzərdə limanların rəqabəti artır, qonşularımız yaxşı işləyirlər"

    SİYASƏT

    30 Noyabr 2022 | 15:53

    Xəzərdə dəniz limanlarının rəqabəti artır, qonşu ölkələr infrastrukturu inkişaf etdirir, Rusiya bu istiqamətdə fəal işləməlidir.

    Pressa-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi onlayn müşavirədə bildirib.

    “Xəzərdə, siz də bilirsiniz, rəqabət artır. Bizim qonşularımız əslində yaxşı işləyirlər və liman obyektlərini çox fəal inkişaf etdirirlər. Onlar həqiqətən rəqabət yaradırlar, yaxşı işləyirlər. Bu baxımdan bizim buna xüsusi diqqət yetirməmiz lazımdır”, - Putin vurğulayıb.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024