Putin: Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib

    SİYASƏT

    24 May 2023 | 17:21

    Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

    Pressa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda deyilir.

    “Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik”, - Putinin məktubunda qeyd olunub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024