Putin Patriarx Kirilli Rusiyanın ən ali ordeni ilə təltif edib

    DÜNYA

    20 Noyabr 2021 | 14:32

    Rusiya Prezidenti Vladimir Putin Moskva və bütün Rusiyanın Patriarxı Kirilli Rusiyanın ali mükafatı “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni ilə təltif edib.

    Pressa-nın  verdiyi məlumata görə, Kremlin Yekaterina zalında keçirilən mərsimdə Putin ali mükafatı Patriarx Kirillə təqdim edib.

    Rusiya Prezidenti Patriarx Kirilli 75 illik yubileyi ilə münasibəti ilə təbrik edərək onun xalqın ənənəvi dəyərlərinin, tarixi və mədəni irsinin qorunub saxlanılmasına böyük töhvə verdiyini bildirib.

    Qeyd edək ki, “Müqəddəs apostol Andrey Pervozvannıy” ordeni Rusiya Federasiyasının ən ali mükafatı hesab olunur.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024