Putin İlham Əliyevə təşəkkür edib

    ÖLKƏ

    26 Noyabr 2021 | 17:15

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda rus dilinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

    Pressa-nın  xəbərinə görə, iki lider arasında Soçidə keçirilən görüşdə V. Putin humanitar təmasların davam etdiyini bildirib: “Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024