Prokurorluq: Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub

    DÜNYA

    01 Oktyabr 2022 | 11:42

    Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 399 ukraynalı uşaq həlak olub.

    Pressa xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Facebook” səhifəsində məlumat verib.

    Baş Prokurorluq bildirib ki, fevralın 24-dən bu günə qədər Ukraynada 399 uşaq həlak olub, 783 uşaq yaralanıb.

    Qeyd olunub ki, sentyabrın 30-da Rusiyanın Zaporojiyedə humanitar karvana raket hücumu nəticəsində 10 və 14 yaşlı iki uşaq həlak olub, 3 yaşlı uşaq isə yaralanıb.

     

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024