Prezidentin köməkçisi: Hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilmişdi

    SİYASƏT

    20 Sentyabr 2023 | 17:35

    Mülki əhaliyə zərər gəlmədi, amma gələn məlumatlar təkrar yoxlanır, çox minimal zərərlər olmuş ola bilər.

    Pressa xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

    O qeyd edib ki, antiterror tədbirləri SMS vasitəsilə Qarabağ sakinlərinə xəbərdarlıq formasında göndərilmişdi:

    “Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq idi. Görünən o oldu ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Biz isə mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirilmirdi”.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023