Prezidentdən yeni TƏYİNATLAR

    ÖLKƏ

    29 Noyabr 2021 | 17:48

    Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

    Pressa-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin edilib.

    Qeyd edək ki, Mariana Vasileva bədii gimnastika üzrə millimizin baş məşqçisidir.

    Xatırladaq ki, bu təyinatlara qədər İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifələrində çalışırdılar.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024