Prezidentdən "Elektron kənd təsərrüfatı" ilə bağlı FƏRMAN

    SON XƏBƏRLƏR, ÖLKƏ

    29 Sentyabr 2022 | 15:23

    Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

    Pressa xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

    Fərmana əsasən, Əsasnamənin “heyvandarlıq və süni mayalanma” altsisteminə “baytarlıq xidmətləri monitorinqi” altsistemi daxil edilib. Onun vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (bundan sonra − baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024