Prezident Qətərlə viza rejiminin ləğvi barədə qanunu təsdiqlədi

    ÖLKƏ

    24 Yanvar 2022 | 15:02

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

    Pressa-nın məlumatına görə, Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub.Azərbaycan və Qətərin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq bu ölkələrin ərazisində 30 gün vizasız qala biləcəklər.

    Bu saziş tərəflərin dövlətdaxili prosedurları yerinə yetirməsindən sonra tərəflərdən hər hansı birinin sonuncu yazılı bildirişi aldıqdan 30 gün sonra qüvvəyə minəcək.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024