Prezident İsraillə ətraf mühitin mühafizəsi sahəsində Sazişi təsdiqləyib

    SON XƏBƏRLƏR

    03 Iyun 2023 | 13:21

    "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.

    Pressa xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

      Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

      Qeyd edək ki, Saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.



      XƏBƏR LENTİ

      28 Mart 2024
      27 Mart 2024
      26 Mart 2024
      25 Mart 2024
      23 Mart 2024
      22 Mart 2024
      21 Mart 2024
      20 Mart 2024
      19 Mart 2024