Prezident: İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri yüksək səviyyəyə qaldıracaq

    ÖLKƏ

    30 May 2023 | 14:48

    Bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlbəttə ki, əlaqələri yüksək səviyyəyə qaldıracaq, eyni zamanda, daha yaxın qarşılıqlı fəaliyyət üçün daha çox fürsətlər yaradacaq.

    Pressa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

      Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur və bu, diqqətçəkən miqdardır.

      “Amma mən düşünürəm ki, qarşıdakı illərdə ticarət dövriyyəmizi şaxələndirməli olacağıq. Ümidvaram ki, planlaşdırdığımız və həyata keçirdiyimiz birgə layihələrimiz nəticəsində bizim daha balanslı ticarət dövriyyəmiz olacaq və bu sadəcə enerji faktorundan asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan İsrail üçün illərdir ki, etibarlı xam neft tədarükçüsü olmağa davam edir və bu enerji sahəsində yaxın əməkdaşlığı nümayiş etdirir”, - Prezident İlham Əliyev vurğulayıb.



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024