Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

    ÖLKƏ

    15 Noyabr 2023 | 11:14

    Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa məktub ünvanlayıb.

    Pressa xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident,

    Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

    Keçən il Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış müsbət addım idi. Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.

    Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir.

    İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".

     



    XƏBƏR LENTİ

    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023
    27 Noyabr 2023
    26 Noyabr 2023
    25 Noyabr 2023
    24 Noyabr 2023