Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

    ÖLKƏ

    22 Oktyabr 2021 | 16:19

    Prezident İlham Əliyev Macarıstanın Prezidenti cənab Yanoş Aderə məktub ünvanlayıb.

    Pressa-nın xəbərinə görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

    Biz Azərbaycan-Macarıstan münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Strateji tərəfdaş olan ölkələrimizi birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi-ticari, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşir.

    Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024