Prezident İlham Əliyev: İlin sonunadək Azərbaycan qazı Macarıstana və Serbiyaya çata bilər

    ÖLKƏ

    31 May 2023 | 12:42

    Azərbaycan hazırda Bolqarıstan vasitəsilə Avropanın digər ölkələrinə təbii qaz tədarükü imkanlarını qiymətləndirir.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

    “Əminəm ki, biz tezliklə qonşu ölkələrə tədarükə başlayacağıq. Rumıniya artıq bizim əməkdaşlıq formatımızın bir hissəsidir. Hər şey plana uyğun gedərsə, bütün planlaşdırılmış interkonnektorlar vaxtında tikilərsə, ilin sonunadək bizim qazımız Macarıstana və Serbiyaya çata bilər”, - Prezident İlham Əliyev vurğulayıb.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023