Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq

    ÖLKƏ

    26 Fevral 2024 | 17:33

    Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.

    Pressa xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlət başçısı deyib: “Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni, quruculuq işləri geniş vüsət alır”.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024