Prezident İlham Əliyev Füzuli teatrının iki əməkdaşını təltif edib 

    MƏDƏNİYYƏT

    10 May 2022 | 16:32

    Azərbaycan Prezidenti İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

    Pressa xəbər verir ki, sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Təltif olunanlar arasında Füzuli Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Asif Şirinov və teatrın quruluşçu rejissoru Nicat Mirzəzadə də yer alıb.

    - Şirinov Asif Əhməd oğlu - Baş rejissor (Əməkdar artist)

    1959-cu ilin avqustun 31-də Füzuli rayonun Dövlətyarlı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakultəsini bitirib. 1989-cu il Füzuli Dövlət Dram Teatrında truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A.Səfərli "Fantan ərə gedir”də Misiri, S.S.Axundov "Eşq və intiqam”da Cəbi, R.Səməndər "Gəlməyin, görməyin, gülməyin”də Məhəmmədəli və s.obrazlarını yaradıb. 2007-ci ildən isə teatrda baş rejissor kimi fəaliyyət göstərir. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının imzaladığı sərəncamla "Əməkdar artist" adına layiq görülüb.

    - Mirzəzadə Nicat Qərib oğlu - Quruluşçu rejissor

    1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2014-2021-ci illərdə C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. C.Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı və  Mingəçevir Dövlət Dram Teatrında bir çox tamaşalara quruluş verib: D. Çizmeli – “Cümhuriyyətin ilk səadası”, Hidayət – İrəvanda xal qalmadı, Hidayət – Ömürdən uzun gecə ,Xaqani Əliyev – Molla Nəsrəddin və Kosa, Keçəl və s. Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” adlı pyesi əsasında quruluş verdiyi  tamaşa Türkiyə Cümhuriyyətinin 17 şəhərində  tamaşaçılara təqdim olunub. Müxtəlif diplom və mükafatlara layiq görülüb. 2021-ci ildən Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar birliyinin nəzdində fəaliyyət göstərən Dramaturgiya şöbəsində “Səhnə” yaradıcılıq qurumunun məsul katibidir. Gənc yazar olaraq prezident təqaüdünə, TXİ-nin təsis etdiyi “Ümid” mükafatına layiq görülüb.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024