Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərimizdə Çin şirkətləri ilə birgə fəaliyyətdə maraqlıyıq”

    SON XƏBƏRLƏR, ÖLKƏ

    01 Oktyabr 2022 | 11:13

    Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətlərinin iştirakında maraqlıdır.

    Pressa-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda əksini tapıb.

    Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var: “Eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024