Prezident: Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq

    ÖLKƏ

    25 Noyabr 2022 | 16:13

    Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq.

    Pressa xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

    ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş universitetinin rektorlarının tikintisi artıq başlanmış İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdiklərini xatırladan dövlət başçısı bildirib: “Növbəti ilin büdcəsində İtaliya-Azərbaycan Universitetinin yeni binasının maliyyələşdirilməsi üçün müəyyən vəsait ayrılıb. Həmin universitet bizim ikitərəfli əməkdaşlığımızın və təhsilimizin vacib tərkib hissəsi olacaq. Çünki İtaliyanın beş aparıcı universiteti bu ali təhsil müəssisəsinin həmtəsisçisi olur”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024