Prezident Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı cavabını 70 gün gecikdirdiyini Blinkenin diqqətinə çatdırıb

    SİYASƏT

    28 Noyabr 2023 | 11:27

    Sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin dövlət başçısı İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında noyabrın 27-də baş tutmuş telefon danışığına dair məlumatında bildirilib.

      Qeyd olunub ki, beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

      Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.



      XƏBƏR LENTİ

      28 Fevral 2024
      27 Fevral 2024
      26 Fevral 2024
      24 Fevral 2024
      23 Fevral 2024
      22 Fevral 2024
      21 Fevral 2024
      20 Fevral 2024